Baş səhifə
Dr. Cabir GÜLMALIYEV — Uzman Ürək-damar cərrahı

Bloq

İnfeksion endokardit zamanı cərrahi müdaxilə

Yenilənib
İnfeksion endokardit zamanı cərrahi müdaxilə

Qısaca

Daha çox mitral və aorta qapağında görülən infektiv endokardit daxili ürək səthi olan endokardın və ona bitişik damarların, habelə ürək klapanlarının infeksiyası və ya iltihabıdır. Şikayətlər: hərarət, tərləmə, bədən çəkisin azalması, sinədə ağrı, taxikardiya, ümumi zəiflik, yorğunluq, quru dəri və…

Əsas məlumatlar

  • Bölmə: Bloq
  • Həkim: Dr. Cabir GÜLMALIYEV, Uzman Ürək-damar cərrahı
  • Xəstəxana: Liv Bona Dea International Hospital, Mehdi Abbasov küç. 2, Bakı, Azərbaycan
  • Qəbul: +994 50 693 53 35

Daha çox mitral və aorta qapağında görülən infektiv endokardit daxili ürək səthi olan endokardın və ona bitişik damarların, habelə ürək klapanlarının infeksiyası və ya iltihabıdır.

Şikayətlər:

  • hərarət, tərləmə
  • bədən çəkisin azalması
  • sinədə ağrı, taxikardiya
  • ümumi zəiflik, yorğunluq
  • quru dəri və retinaya qanaxma

Müalicə antibiotik terapiyasından və mexanik ağırlaşmalar zamanı cərrahi müdaxilədən ibarətdir.

İnfektiv endokarditin cərrahi müalicəsi qapağın təmiri və ya dəyişdirilməsindən ibarətdir. Qapaq dəyişimi döş sümüyü açılmadan kiçik kəsik ilə icra olunur.

Ürək çatışmazlığı yaradan və ölümlə nəticələnə bilən infektiv endokarditdən əziyyət çəkən aşağıdakı pasiyentlərdə müalicə effektiv deyil və mütləq əməliyyat olunmalıdırlar:

  • Emboliya riski olan xəstələr
  • Nəzarətsiz infeksiyası olan xəstələr (daimi infeksiya, təkrarlanan qapaq endokarditi, abses, anevrizma, fistula)
  • Ürək çatışmazlığı olan xəstələr (xüsusilə protez, aorta və ya mitral yerli qapağı endokardit xəstələri və ağciyər ödemi yaxud kardiogen şoku olan xəstələr)

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Tez-tez verilən suallar

İnfeksion endokardit zamanı cərrahi müdaxilə nədir?

Daha çox mitral və aorta qapağında görülən infektiv endokardit daxili ürək səthi olan endokardın və ona bitişik damarların, habelə ürək klapanlarının infeksiyası və ya iltihabıdır. Şikayətlər: hərarət, tərləmə, bədən çəkisin azalması, sinədə ağrı, taxikardiya, ümumi zəiflik, yorğunluq, quru dəri və…

Bu mövzuda həkimə harada müraciət etmək olar?

Dr. Cabir GÜLMALIYEV Bakıda, Liv Bona Dea International Hospital-da (Mehdi Abbasov küç. 2) qəbul edir. Qəbula yazılmaq üçün +994 50 693 53 35 nömrəsinə zəng edin və ya WhatsApp-da yazın.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.