Baş səhifə
Dr. Cabir GÜLMALIYEV — Uzman Ürək-damar cərrahı

Bloq

Aterosklerozun risk faktorları

Yenilənib
Aterosklerozun risk faktorları

Qısaca

Günümüzdə xroniki hal alan və olduqca geniş yayılan Ateroskleroz zamanı arteriyaların divarında lipidlərin, kalsium duzlarının toplanması və birləşdirici toxumanın inkişafı ilə əlaqədar damarların sərtləşməsi baş verir. Nəticə etibarı ilə orqanizmdə qan dövranı pozulur. Ateroskleroz inkişafına…

Əsas məlumatlar

  • Bölmə: Bloq
  • Həkim: Dr. Cabir GÜLMALIYEV, Uzman Ürək-damar cərrahı
  • Xəstəxana: Liv Bona Dea International Hospital, Mehdi Abbasov küç. 2, Bakı, Azərbaycan
  • Qəbul: +994 50 693 53 35

Günümüzdə xroniki hal alan və olduqca geniş yayılan Ateroskleroz zamanı arteriyaların divarında lipidlərin, kalsium duzlarının toplanması və birləşdirici toxumanın inkişafı ilə əlaqədar damarların sərtləşməsi baş verir. Nəticə etibarı ilə orqanizmdə qan dövranı pozulur.

Ateroskleroz inkişafına səbəb olan risk faktorları:

  • Siqaret çəkmək
  • Şəkərli diabet
  • Qeyri-düzgün qidalanma
  • Böyük dozada alkoqol qəbulu
  • Uzun müddət davam edən psixoemosional gərginlik
  • Hiperlipidemiya (lipidin miqdarının normadan artıqlığı)

Ateroskleroz zamanı damar divarı daraldığı üçün nəticədə ürək, beyin yaxud digər üzvlərin qanla təchiz olunması pisləşir.

  • Aşağı ətraf damarlarının aterosklerozu zamanı fasiləli axsama kimi patoloji hallar meydana gəlir.
  • Beyinin damarlarının aterosklerozu əmək qabiliyyətinin azalması, yaddaşın pisləşməsi, tez yorulma kimi əlamətlərlə özünü büruzə verir. Beyin damarlarının tutulması nəticəsində isə insult baş vermiş olur.

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Tez-tez verilən suallar

Aterosklerozun risk faktorları nədir?

Günümüzdə xroniki hal alan və olduqca geniş yayılan Ateroskleroz zamanı arteriyaların divarında lipidlərin, kalsium duzlarının toplanması və birləşdirici toxumanın inkişafı ilə əlaqədar damarların sərtləşməsi baş verir. Nəticə etibarı ilə orqanizmdə qan dövranı pozulur. Ateroskleroz inkişafına…

Bu mövzuda həkimə harada müraciət etmək olar?

Dr. Cabir GÜLMALIYEV Bakıda, Liv Bona Dea International Hospital-da (Mehdi Abbasov küç. 2) qəbul edir. Qəbula yazılmaq üçün +994 50 693 53 35 nömrəsinə zəng edin və ya WhatsApp-da yazın.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.