Dr. Cabir M. GÜLMALIYEVUzman Ürək-damar cərrahı

Damar

Skleroterapiya

Skleroterapiya

Günümüzdə demək olar ki, çoxlarının ortaq problemi olan Varikozun müalicəsində ilk ağla gələn və effektiv metod sayılan Skleroterapiya - damar boşluğu içərisinə dərman-skllerozant daxil edilməsi ilə həyata keçirilir.

Xüsusilə qeyd etmək lazımdır ki, bu üsul “Damar ulduzcuqları” yaxud “Tor damarlar”ın müalicəsində ən əhəmiyyətli təsir göstərən üsuldur. Skleroterapiya ilə diametri genişlənmiş kapilyar və kiçik damarların sərbəst aradan qaldırılması təmin edilir.

Skleroterapiya varikoz genişlənməyə meyilli olan damarlar üzərində daha effektivdir. Böyük damarlar daha çox cərrahi üsullar tələb edir. Hətta bu üsul varikoz damarların Lazer Ablasiyası və ya Miniflebektomiya ilə əldə edilən nəticəni düzəltmək üçün də istifadə olunur.

Sağlam damarlara heç bir əks təsiri olmayan Skleroterapiya - hazırlıq tələb etmir və sadəcə 20 dəqiqəlik prosedurdur.

Skleroterapiyanın üstünlükləri:

Ağrısızdır

Kəsiksizdir

Anesteziyaya eytiyac yoxdur

Yüksək estetik effektə sahibdir

Praktik olaraq heç bir fəsadları yoxdur

Skleroterapiya olunan damarlar heç vaxt geri dönmür

Normal həyat tərzinə və iş şəraitinə məhdudiyyət qoyulmur

Ambulator aparılır (5-15 dəq ərzində prosedura icra olunur və daha sonra gündəlik həyatına dönür)

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.