Dr. Cabir M. GÜLMALIYEVUzman Ürək-damar cərrahı

Damar

Periferik damar əməliyyatı

Periferik damar əməliyyatı

Ateroskleroz periferik arteriyaların okklüziyasının əsas səbəblərindən birincisidir. Xəstəliyin kliniki gedişatı hansı damarın və nə dərəcədə ateroskleroz prosesə cəlb edilməsindən asılıdır. Periferik arteriya xəstəliyi yaxud damar tıxanması ağrılı və insanı zəiflədən bir xəstəlikdir. Bu, xolesterol və digər yağlar damarda yığılıb, oradakı qan axınının qarşısını alanda baş verir.

Ateroskleroz nəticəsində yaranan xroniki işemiyanın əlamətləri:

Fasiləli axsama

Ağrı tutmaları

Aşağı ətraflarda qan təchizatının pozulması

Baldır əzələlərində ağrı, gərginlik, yanma hissi

İrəliləyən mərhələlərdə istirahət zamanı aşağı ətrafların distal hissələrində ağrıların yaranması, periferik nəbzlərin alınmamağı, quru və soyuq dəri örtükləri ilə xarakterizə olunur.

Səbəbləri:

Flebit

Koaqulopatiya

Zədələnmə və ya əməliyyat

Autoimmun xəstəliklər – vaskulitlər

Ateroskleroz - ən çox rast gələn səbəbi və s.

Risk faktorları:

Şəkərli diabet

Siqaret çəkmək

Hiperlipidemiya

Qan qatılığının artması

Cərrahi müdaxilə:

Periferik damar okklüziyaları ilə əlaqədar aorto-bifemoral, iliofemoral, femoropopliteal şuntlama, karotid endarterektomiya və plastika, trombektomiya, simpatektomiya, hemangiomaların eksiziyası kimi cərrahi icra olunmaqdadır.

Saytdakı məlumatlar ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Ürəyiniz gözləməməlidir.

Şikayətiniz varsa, müayinə və müalicə planı üçün bu gün əlaqə saxlayın.