Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Ürək xəstələrində COVİD-19 vaksinasiyası aparıla bilərmi?

Son zamanlar ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən pasiyentlərin ən çox verdiyi sual - Covid-19 vaksini ilə peyvəndlənmənin onlara necə təsir etməsi ilə bağlıdır.

Ürək-damar sistemi xəstəliyi olan insanlar koronavirusla (Covid-19) xəstələnmə baxımından yüksək risk qrupu kimi götürülür. Bu xəstəliyi olanlar koronavirusdan daha ciddi qorunmalıdır.

Covid-19 vaksini ilə peyvəndlənmə ürək-damar xəstələrinin Covid-19-a yoluxması zamanı xəstəliyi daha yüngül keçirməsinə yardım edir.

Açıq ürək və stentləmə əməliyyatı olunanlar, əvvəllər infarkt keçirmiş, ürək çatışmazlığı olanlar, eləcə də yüksək təzyiq, şəkərli diabet kimi yanaşı xəstəliyi olan insanlar COVID-19 peyvəndi vurdura bilər.