Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Ürəyin işemik xəstəliyinin ağırlaşması

Ağırlaşmış mərhələdə olan miokard infarktı zamanı sol qol, çiyin, kürək, aşağı çənə nahiyəsinə ağrılar yayılır. Ağırlaşmalar miokard infarktının gedişini də ağırlaşdırır.

Miokard infarktının ağırlaşmaları zamanı:
  • İlk 3 gün ərzində müxtəlif növ aritmiyalar: ekstrasistoliya, sinus və ya paroksizmal taxikardiya, səyrici aritmiya, mədəcikdaxili tam blokada qeydə alınır. Mədəciklərin titrəməsi fibrillyasiya ilə əvəz olunaraq, pasiyentin ölümü ilə sonlana bilər.
  • Durğun xırıltılar, ağciyərödemi ilə xarakterizə olunan sol mədəcik çatışmazlığının ən ağır dərəcəsində ölümlə nəticələnən kardiogen şok müşahidə olunur.
  • Nekroz sahəsində əzələ liflərinin cırılması ürəyin perikard boşluğuna qansızmaya səbəb ola bilər.
  • Geniş sahəli miokard infarktında ürəyin kəskin anevrizması formalaşa bilər. İlk 10 gün ərzində qan dövranının kəskin pozulması ilə əlaqədar mədəciklərin divarının cırılması nəticəsində şəxs həyatını itirə bilər.
  • Damar divarında fibrinin toplanması divaryanı tromboendokardit inkişaf edir, bu zaman ayrılan trombotik kütlələrlə ağciyər, beyin, böyrək damarlarının emboliya təhlükəsi yaradır.