Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Abdominal aorta anevrizması (AAA)

Aortanın qarın boşluğu hissəsindəki anevrizmalara (genişlənmə) "abdominal anevrizmalar" deyilir.

Abdominal Aorta Anevrizması (AAA) partladıqda, şikayətlər qarının alt qisimində və ya kürəkdə birdən yaranan və şiddətli ağrı, ürək bulanması və qusma, tərləmə, baş gicəllənməsi və ayağa qalxanda ürək atışının artması formasındadır.

AAA riski yaşla birlikdə artmaqdadır və ən çox 60-80 yaşı olan insanlarda görülür.

Partlamış bir AAA-nın səbəb olduğu daxili qanaxma xəstədə şoka səbəb ola bilər.
Abdominal aortanın anevrizmasının cırılması ölümlə nəticələnən bir ağırlaşmadır.

Cərrahi müdaxilə vəya endovaskulyar metodla (EVAR) aortanın bərpası daha yaxşı nəticələr əldə etməyə imkan verir.