Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Ayaqlarda şişkinlik?

Hər ayaq şişkinlikliyini Ürəklə əlaqələndirmək doğru deyil!

Ayaqda şiş aşağıdakı hallarda ola bilər:
  • hamiləlik zamanı
  • yüksək təzyiq zamanı
  • ürək və böyrək xəstəlikləri
  • artıq çəki, hərəkətsizlik
  • artrit və burxulma zamanı
  • hədsiz duz istifadəsi zamanı
  • uzun müddət ayaqda qalan insanlarda yarana bilər.

Həmçinin ayaqlarda damarların tıxanması qanın ayaqlarda yığılmasına və bunun nəticəsində də ayaqların şişməsinə gətirib çıxarır.

Qarın və ayaqlarda olan şişkinlik döş ağrısı ilə, yorğunluq və təngnəfəsliklə müşayiət olunursa, bu, ürək xəstəliklərinin əlamətləridir.

Ürəklə bağlı ayaqların mütləq hər ikisi şişər. Əllə batıranda xəmirəbənzər çökəklik yaranar, yanaşı sidiyə getmədə çətinliklər yaranar və ciddi şəkildə təngnəfəslik olar.