Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Hemodializ xəstələrinə arterio-venoz fistulların qoyulması

Hemodializ xəstələri üçün damar girişi yolu həyati önəm daşıyır. Damar yolu olaraq mərkəzi venalara qoyulmuş katetr ya da arteriovenoz fistul istifadə olunur!

Günümüzdə xroniki böyrək xəstəliyindən əziyyət çəkən xəstələrin sayı və bunun nəticəsində tibbi xərclər də artıqca, həmin xəstələrdə uğurlu uzun müddətli arteriovenoz çıxışın əldə edilməsi xüsusi əhəmiyyət kəsb etməyə başladı.

Bəzi istisna hallar xaric bütün hallarda damar yolu olaraq arteriovenoz fistul istifadə olunmalıdır. Körpücük altı və daxili vidaci venaya qoyulmuş müvəqqəti kateter üç həftədən, bud venasına qoyulmuş müvəqqəti kateter isə bir həftədən çox saxlanılmamalıdır.

Planlaşdırılan zaman xaric, bakteremiyası olan xəstələrdə, qanama riski olan xəstələrdə öncə müvəqqəti katetr taxılır və qeyd olunan hallar aradan götürüldükdən sonra uzun müddətli katetr taxılır.