Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Stress ürək xəstəliyinə yol aça bilər!

Beyində amiqdala adlanan hissənin yüksək aktivliyi nəticəsində Stress ortaya çıxır. Bu, insanlarda ürək xəstəlikləri və insult riskini artırır.

Ümumiyyətlə həddindən çox işləyən, yuxu rejimi düzgün olmayan, stress və əsəbləri qabarıq olan insanlarda ürək damar xəstəliyi riski olduqca yüksəkdir. Psixoloji və duyğusal zorakılıqlarda həyəcan səbəbindən adrenalin səviyyəsi çox yüksələr ki, bu da qan təzyiqində yüksəlməyə və ürək atımlarının sürətlənməsinə səbəb olaraq ürək xəstəlikləri riskini artırır.

Özünüzü stresdən, həyacandan qoruyun!

Fiziki aktivlik stressin ürəyə olan təsirini azaldır. Bu səbəbdən stress vəziyyətlərinə düşdükdə daha aktiv olun - idmanla məşğul olun, havada gəzin.
Yuxu rejiminə diqqət edin. İstirahət də ürəyin sağlamlığı üçün çox vacibdir. Gün ərzində bir neçə dəfə uzanmaq və dincəlmək lazımdır. Bu ürək-damar sistemini işini yüngülləşdirir, orada yaranan gərginliyi azaldır.