Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Varikoz genetik olaraq inkişaf edə bilər!

Varikoz xəstəliyinin əsas amillərindən biri irsi-genetik ötürülmədir.

Varikoz genişlənmə haqqında irsi xəstəlikdir ifadəsinin işlədilməsi çox doğru olmasa da, onun irsi faktorlarla əlaqəsi də inkar edilə bilməz. Ailəsində varikozgenişlənməyə rast gəlinən insanlarda bu halın yaşanması riski daha yüksəkdir. Hər iki ailə üzvündə varikoz genişlənmə görülən qadınlarda bu riskin təqribən 90% olması düşünülür.

Belə ki, genetik meyillilik olduqda xəstəlik daha erkən yaşlarda və ağır formada özünü büruzə verə bilər. Belə pasiyentlərin ata, ana, bacı, qardaşından hər hansı birində Venoz çatışmazlığa rast gəlinir.

50-60 yaşlarında varikozdan əziyyət çəkən valideynin övladı da diqqətli olmalı və bir əlamət hiss etdiyində müayinədən keçməsi məsləhətdir.

Varikoz genetik amma birdəfəlik sağalan xəstəlikdir!