Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Anevrizmaların əlamətləri nələrdir?

Aortanın diametri arta bilər və genişlənə bilər. Biz buna tibbdə "Anevrizma" deyirik.

Aortaanevrizması döş qəfəsi və ya qarında ağrı, pulsasiya edən şişəbənzər törəmənin olması, qonşu orqanların kompressiya əlamətləri: təngnəfəslik, öskürək, disfoniya, disfagiya, üz və boynun ödemi və sianozu.

  • Qarın qismindəki anevrizmalara Abdominal Aorta Anevrizması deyirik. Kürək və ya qarının kənarlarında dərin ağrılar, ayaqlarda soyuqluq və uyuşuqluq formasında şikayətlər
  • Torasik (döş) aorta anevrizmalarında yaranan şikayətlər; çənədə, boyunda, kürəkdə və ya döşdə ağrı və ya öskürək, səs qısılması və ya tənəffüs çətinliyidir.
  • Periferikanevrizmalarda baş verən şikayətlər boyunda, qolda və ya ayaqda hiss edilən nəbz vuran kütlə, ağrı kimidir.