Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Genişlənmiş varikoz damarları qaşımayın!

Çünki genişlənmə səbəbindən dəri incəlir və infeksiya düşmə ehtimalı yüksəlir.

Varikozun ağırlaşması kimi dəridə dermatit və ekzema xəstəliklərinə tez-tez rast gəlinir. Belə halda varikoz aradan qalxmadan dəri xəstəliklərində müsbət nəticə çətin əldə edilir.

Uzun müddətdir varikozu olan xəstələrdə qanın dövr etməsinin yaxşılaşdırılması ilə yanaşı, dəri baxımına da diqqət göstərilməlidir.

  • Ağır əşyalar qaldırmayın
  • Oturarkən ayaqlarınızı bir-birinin üzərinə aşırmayın
  • Ayaqlarınızı soyuq suyla masaj edin. Bu, qan dövranına yaxşı təsir edəcək
  • Uzun müddət ayaq üstdə qalmayın, eyni zamanda saatlarla oturmaq da zərərlidir
  • Gündə ən az bir dəfə uzanın və hər iki ayağınızı yuxarı qaldıraraq 20 dəqiqə dincəlin
  • Duşdan sonra ayaqlarınıza yumşaldıcı krem çəkərək həm dərinin qidalanmasını təmin edin, həm də masaj vasitəsilə qan dövranını sürətləndirin