Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Ürək şişlərinin götürülməsi

Ürək şişləri – ürək toxumaları və qişalarından inkişaf edən heterogen törəmələr qrupudur. Şişlər ürəyin istənilən toxumasından başlanğıc götürə və hər yaşda yarana bilər.

Müstəqil xəstəlik hesab olunan ürək şişləri birincili, hematogen və ya limfogen yolla metaztazlaşan və ya qonşu orqanlardan yayılan şişlər isə ikincili adlanır. Birincili şişlər xoş xassəli olur (yəni xərçəng deyil).

Ürəyin birincili şişlərin 50%-i miksomanın payına düşür. Miksomalar əsasən sol qulaqcıqda lokalizasiya olunur. Ayaqcığa malik miksomalar mitral qapaqdan qabararaq, diastola dövründə sol qulaqçığın boşalmasını və mədəciyin dolmasını çətinləşdirir. Miksomanın 3 əsas xarakterik simptomu var: embolik ağırlaşma, qan dövranın pozulması, ümumi simptomokomplekslər (qızdırma, arıqlama, anemiya).

Ürəyin birincili xoşxassəli şişləri arasında ikinci yeri tutan papillyar fibroelastoma əsasən aorta və mitral qapaqları zədələyir. Mərkəzi nüvədən ayrılan aktiniyaları xatırladan damarsız şaxəli papillomalar şəklində olur. Əksər hallarda ayaqcıqlar izlənilir.

Ürək şişləri cərrahi yolla müalicə olunur. Şişlər minimal invaziv yolla balaca kəsikdən cərrahi olaraq çıxarılır.

Cərrahi müdaxilələrə boşluqdaxili, miokard və ya perikard şişlərinin, perikard kistalarının xaric edilməsi, perikardektomiya aiddir. Radikal əməliyyat zamanı ürək şişləri qonşu toxumalarla birgə kəsilir, qüsur tikilir və ya plastika olunur. Əksər hallarda ürəyin xoşxassəli şişləri radikal şəkildə xaric oluna bilər. Bəzi pasiyentlərdə qapaqların plastika və protezlənəməsi tələb oluna bilər.

Ürəyin birincili bədxassəli şişlərinin xaric edilməsi az effektivdir. Belə vəziyyətlərdə adətən şiş hissəvi kəsilir (palliativ müdaxilə), sonra isə şüa və ya kimyaterapiya təyin olunur. Ürəyin ikincili şişlərində də palliativ müdaxilə icra edilir.