Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Aorta koronar şuntlama (Bypass)

Günümüzdə aparılan Bypass əməliyyatlarında əsas üstünlük bu əməliyyatların döyünən ürəklə və minimal invaziv metodlarla icra edilməsindədir. Bu prosses süni qan dövranı aparatına qoşulmadan, işləyən ürək (döyünən) üzərində icra edilir.

Pasiyentlərə daha uzun ömür və daha komfortlu həyat vəd edən Bypass - Ürəyin işemik xəstəliyinin radikal müalicə üsullarından ən effektivi hesab olunmaqdadır. Əməliyyatın şuntlama adlanma məqsədi ürəyin tac damarlarında qanın axınını və ürək əzələsinin qan təchizatını adekvat təmin etmək məqsədi ilə daralmış hissədən yan keçməklə körpü şuntu qoyulmasındadır.

Bypass nə zaman icra olunur?

Koronaroqrafiya zamanı tac damarlarda mövcud daralmalar aşkar edilərək balon angioplastika əməliyyatı icra etlməklə genişləndirilir. Artıq bu mümkün olmadıqda xəstədə Bypass əməliyyatı icra edilməlidir.

Döyünən ürəklə aparılan əməliyyat sonrası pasiyentlər adətən 1 həftə içində xəstəxanadan evə yazılır. Əməliyyat sonrası bu qrup xəstələr öncəliklə həkim tərəfindən yazılan dərmanları vaxtında qəbul etməli, sağlam həyat tərzi qaydalarına əməl etməli və vaxtaşırı həkim nəzarətindən keçməlidirlər.