Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Bentall (aorta kökünün qapaqla birlikdə dəyişdirilməsi)

Bentall əməliyyatı – genişlənən aorta kökünün qapaqla birlikdə dəyişdirilməsi əməliyyatıdır. Aorta anevrizması aorta qapaq çatışmazlığı ilə birlikdə yaranır və ya aorta qapağındakı ciddi darlıq gec dövrdə aorta kökünü də genişləndirmiş olur.

Həmçinin aorta kökündə aorta qapaq və ürəyi bəsləyən arteriyalar yəni koronar arteriyalar mövcuddur. Onlar da genişlənməyə məruz qala bilirlər.

Yəni hansı səbəbdən meydana gəlməsindən asılı olmayaraq genişlənən aorta kökünün qapaqla birlikdə dəyişdirilməsi Bentall əməliyyatı ilə icra olunur.

Aorta genişləməsinin ən təhlükəli və ciddi ağırlaşması damarın partlaması (rüptür) və ya içinə doğru yırtılması (cırılması), (disseksiya) hadisəsidir. Bu səbəblə, müəyyən bir diametrə çatan asendan aorta damarı mütləq cərrahi müalicə ilə dəyişdirilməlidir.

Əməliyyat zamanı aorta qapağı ya bioloji ya da metal (mexaniki) qapaq ilə dəyişdirildikdən sonra aorta kökü də daxil olmaqla bütün genişlənən aorta süni materialdan emal edilmiş "Greft" (hazır greft) ilə dəyişdirilir.

Bilməlisiniz ki, genişlənən aortanın diametri > 55 mm olduğu zaman əməliyyat qaçınılmazdır. Əməliyyat uyğun xəstələrdə döş sümüyü tam kəsilmədən kiçik kəsikdən minimal invaziv yolla də icra oluna bilməkdədir.