Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Periferik damar əməliyyatı

Ateroskleroz periferik arteriyaların okklüziyasının əsas səbəblərindən birincisidir. Xəstəliyin kliniki gedişatı hansı damarın və nə dərəcədə ateroskleroz prosesə cəlb edilməsindən asılıdır. Periferik arteriya xəstəliyi yaxud damar tıxanması ağrılı və insanı zəiflədən bir xəstəlikdir. Bu, xolesterol və digər yağlar damarda yığılıb, oradakı qan axınının qarşısını alanda baş verir.

Ateroskleroz nəticəsində yaranan xroniki işemiyanın əlamətləri:
  • Fasiləli axsama
  • Ağrı tutmaları
  • Aşağı ətraflarda qan təchizatının pozulması
  • Baldır əzələlərində ağrı, gərginlik, yanma hissi

İrəliləyən mərhələlərdə istirahət zamanı aşağı ətrafların distal hissələrində ağrıların yaranması, periferik nəbzlərin alınmamağı, quru və soyuq dəri örtükləri ilə xarakterizə olunur.

Səbəbləri:
  • Flebit
  • Koaqulopatiya
  • Zədələnmə və ya əməliyyat
  • Autoimmun xəstəliklər – vaskulitlər
  • Ateroskleroz - ən çox rast gələn səbəbi və s.
Risk faktorları:
  • Şəkərli diabet
  • Siqaret çəkmək
  • Hiperlipidemiya
  • Qan qatılığının artması
Cərrahi müdaxilə:

Periferik damar okklüziyaları ilə əlaqədar aorto-bifemoral, iliofemoral, femoropopliteal şuntlama, karotid endarterektomiya və plastika, trombektomiya, simpatektomiya, hemangiomaların eksiziyası kimi cərrahi icra olunmaqdadır.