Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Stenokardiya

Sinədə qəfil ağrılar və təngnəfəsliklə xarakterizə edilən və ürəyin işemik xəstəliklərindən biri olan stenokardiya - ürək əzələsinin (miokard) kəskin qan dövranı çatışmazlığı və oksigən çatışmazlığı səbəbilə baş verər. İki klinik forması vardır: stabil (sabit) və qeyri stabil (proqressivləşən)

Stabil stenokardiya növü fiziki yüklənmə nəticəsində özünü büruzə verir. Stabil stenokardiyanın tutması 15 dəqiqədən az davam edir, vəziyyətdən çıxmaq üçün sakit dayanmaq və 1 tablet nitroqliserin (dil altına) köməyinizə yetə bilər.

Əlamətlər :
  • AT yükslməsi
  • Fiziki gərginlik
  • Tutmaşəkilli, sıxıcı, təzyiqedici, sol qola, boyuna, çənəyə irradiasiya edən ağrı

Qeyri stabil stenokardiya isə növü az yükələnmə, hətta sükunət halında da yarana bilər (pilləkənlə qalxma, sürətli yeriş və s.). Stabil stenokardiyadan fərqli olaraq, qeyri-stabil stenokardiya tutmaları daha uzunmüddətli olarsa, bu halda tutmanı aradan qaldırmaq üçün adətən, bir neçə nitroqliserin tableti (3-dən artıq olmayaraq) köməyinizə çata bilər. Lakin diqqət edin ki, bir neçə dəqiqə aralıqla qəbul edəsiniz.

Proqressivləşən stenokardiyanı kəskin koronar çatışmazlıq, infarkt önü vəziyyət və aralıq koronar sindrom da adlandırırlar. Koronar arteriyanın daralması və bunun nəticəsində miokartda qan axınının çox güclü pozulması nəticəsində yaranır. Əvvəllər tutmaları aradan götürən nitroqliserin qəbulunun səmərə verməməsi patologiyanın əsas əlamətidir.