Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Qəfləti ürək ölümü

Qəfləti ürək ölümü və qəfləti koronar ölüm fərqli anlayışlardır. Qəfləti ürək ölümü daha geniş yayılmış bir anlayışdır.

Qəfləti ürək ölümündə ölümün səbəbi ürəyin işmik xəstəliyindən başqa digər xəstəliklər də ola bilər. Qəfləti koronar ölümün ürəyin işemik xəstəliyinin sürətlə inkişaf edən ağır kliniki variantı olub bütün qəfləti ürək ölümlərinin 80-90%-ni təşkil edir. Qəfləti ürək ölümündən fərqli olaraq qəfləti koronar ölümün səbəbi bütün hallarda ürəyin işemik xəstəliyidir.

Qəfləti ürək ölümü – anamnezdə koronar patologiyaya dəlalət edən simptomların olmaması fonunda mədəciklərin asistoliyası və ya fibrilasiyasıdır.

Əlamətlər :
  • dərinin mərmərliyi
  • bəbəklərin genişlənməsi
  • tənəffüsün izlənilməməsi
  • pişik gözü simptomu yaranır
  • arterial təzyiqin izlənilməməsi
  • magistral damarlarda nəbzin izlənilməməsi
  • işığa reaksiyanın və reflektor fəaliyyətin digər növlərinin olmaması

Qəfləti ürək ölümü digər bütün qəfləti ölümlərin (insult, tromboeboliya, iri damarların cırılması və s.) 70%-ni təşkil edir. Əksər hallarda qəfləti ürək ölümü ürəkdə ritm pozğunluqu nəticəsində, xəstəxanadan kənar şəraitdə, bir neçə saniyədən bir (bəzən 24 saat hesab edirlər) saatadək müddətdə, son vaxtlar ciddi səhhət problemi olmayan adamlarda baş verdiyi hal hesab olunur.

Risk faktorları:
  • Davamlı stress halında olmaq
  • Xroniki ürək çatışmazlığının olması
  • Ürəyin böyüməsilə gedən ürək əzələsinin xəstəlikləri
  • Ürək ritmini pozan bəzi dərmanların nəzarətsiz istifadəsi