Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Mitral qapaq qüsurları

Günümüzdə qazanılmış ürək qüsurlarının 50%-dən çoxu ikitaylı (mitral) qapağın, təxminən 20%-i isə aortanın aypara qapağının payına düşür. Diaqnozu ürəyin Exokardioqrafiya müayinəsi ilə qoyulan Mitral qapaq qüsurları (çatışmazlığı) içərisində isə ən çox rastlanan mitral qapağın prolapsıdır.

Patologiya döş qəfəsindəki ağrı fonunda yorğunluq, halsızlıq, miqren, baş gicəllənmələri, ortostatik hipotenziya, təngnəfəslik, ürək döyünmənin artması kimi əlamətlərlə təzahür edir.

Mitral qapağın çatışmazlığı nisbi, üzvi və funksional olur.
  • Funksional çatışmazlıq zamanı mitral qapağın bağlanmasını tənzimləyən əzələ aparatının fəaliyyəti pozulur.
  • Nisbi çatışmazlıq zamanı mitral qapaq dəyişmir, sol atrioventrikulyar dəlik böyüdüyündən taylarla kip bağlanmır.
  • Üzvi çatışmazlıq mitral qapaq taylarında birləşdirici toxumanın inkişafına, tayların və onlara birləşən vətər tellərinin qısalmasına səbəb olur.

Cərrahi müalicədə uyğun qapaqlar təmir edilir və ya protez qapaqla dəyişdirilir. Uyğun xəstələrdə qapaq əməliyyatları döş sümüyü kəsilmədən kiçik kəsiklə icra olunur.