Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Miokard infarktı

Miokard İnfarktı-kəskin koronar çatışmazlıq nəticəsində inkişaf edən ürək əzələsinin işemik nekrozudur. Patologiya adətən koronar qan axınının tam kəsilməsi və ya kəskin pisləşməsi koronar arteriyaların trombozu nəticəsində baş verir.

İlkin tipik əlaməti döş sümüyü arxasındakı (döş qəfəsinin orta hissəsində) kəskin ağrının baş verməsidir. Ağrı sol qola, çiyinə, kürəyə, aşağı çənəyə, boyuna, kürəklərarası sahəyə də yayıla bilər. Digər bir halda miokard infarktı zamanı ağrı yox, döş qəfəsində narahatlıq - kəskin sıxılma, təzyiq edilməsi, ağırlıq hissiyyatı baş verə bilər. Ağrı bəzi hallarda ürəkbulanma, qusma, soyuq tər, həyəcanlanma, ölüm qorxusu, ürək ritminin pozulması, nəfəs almanın çətinləşməsi, huşun itirilməsi ilə də müşayiət edilə bilər. Ancaq bəzi hallarda insan heç bir əlamət hiss etmədən də miokard infarktı keçirə bilər.

Yaranma səbəbləri
  • Koronar arteriyaların emboliyası
  • Koronar arteriyaların aterosklerozu
  • Koronar damarların anadangəlmə defektləri
  • Koronar damarların digər mənşəli zədələnmələri
Risk amilləri
  • piylənmə
  • hipertoniya
  • şəkərli diabet
  • neyro-psixi gərginlik
  • spirtli içkilər və siqaretdən istifadə aiddir
Miokard infarktının diaqnostikası
  • Qan analizi
  • EKG və eforlu EKG
  • Ürək kardiaqraması
  • Koronar anqioqrafiya