Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Atrial Fibrilasiya (Qulaqcıqların fibrilyasiyası)

Əvvəllər daha çox yaşlılarda görülən və ən sıx rastlanan ürək aritmiyası olan Atrial Fibrilasyon (qulaqcıqların səyirici aritmiyası) günümüzdə artıq gənclərdə də görülməkdədir.

Atrial Fibrilasyon zamanı ürək sürəti ümumiyyətlə 100-150 vuruş/dəqiqə olur və qeyri müntəzəm atışlar müşahidə olunur. Ürəyin belə məqsədsiz sürətli işləməsi pompa funksiyasını poza bilər. Uzun müddət müalicə tətbiq edilmədikdə isə ürək böyüməsi, ürək çatışmazlığı və ritm pozulmasının ən qorxulu nəticəsi olan beyində laxta yaranmasından qaynaqlanan iflicə gətirib çıxara bilər.

Əlamətlər :
  • halsızlıq
  • döş ağrısı
  • ürəkdöyünmə
  • baş gicəllənmə
  • nəfəs sıxışması
  • qeyri-müntəzəm nəbz
  • sidiyə getmənin artmasıi
  • zəiflik və təngənəfəslik aiddir
Ağırlaşmış mərhələdə əlamətlər :
  • insult
  • çəki artımı
  • hipotenziya
  • stenokardiya
  • miokard infarktı
  • ağciyər iltihabı
  • periferik iltihab

Patologiyanın müalicəsi medikamentoz müalicə, kateter əsaslı prosedurlar və cərrahiyyə daxil olmaqla bir çox metodla aparıla bilməkdədir.

- Kardioversiya taxikardiya aritmiyalarında sinus ritmini bərpa etmək üçün istifadə olunur. Elektrikli kardioversiya və ya dərman kardioversiyası tətbiq oluba bilər.

- Həmçinin hazırda qulaqcıqların fibrilyasiyası cərrahi yolla müalicəsinin tətbiqində radyofrekans, mikrodalğa, lazer, ultrasəs və ya kriyoterapiya (dondurma) yolu ilə ötürmə blokada xətləri yaratmaq üçün nəzərdə tutulmuş yeni texnologiyaların istifadə edildiyi üsullar geniş istifadə olunur. Radiofrekans və kriyoablasyon ən aktual üsullardandır.