Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Aorta qapaq qüsurları

Aorta qapaq taylarının natamam qapanması nəticəsində meydana gələn Aortal qapaq çatışmazlığı qanın aortadan sol mədəciyə geri qayıtması ilə müşahidə edilir. Patologiya qazanılmış ürək qapaq qüsurları içərisində ikinci ən çox rast gəlinəndir.

Xəstəlik uzun müddət simptomsuz getdiyindən ancaq aktiv həyat tərzi keçirən şəxslərdə boyun və baş nahiyəsində pulsasiya, təngnəfəslik, ürək nahiyyəsində stenokardiya ağrıları, yüksək nəbz təzyiqi və ürək atımının artması kimi əlamətlərlə özünü büruzə verir.

Diaqnozu anamnez, fiziki müayinələr, EKQ, rentgenoqrafiya, doppler-exokardioqrafiya müayinə üsulları ilə təsdiqlənən aortal çatışmazlığın müalicəsində terapevtik və cərrahi metodlardan istifadə edilir. Ağır simptomatik aortal çatışmazlıqlar zamanı cərrahi müalicə – aorta qapağının plastikası/pretezlənməsi göstəriş sayılır.

- Aortal stenoz isə anadangəlmə və revmatizmin nəticəsi olaraq qazanılma ola bilər. Aortal stenozda klassik əlamətlər olaraq ürəkgetmə, stenokardiya, fiziki yük zamanı təngnəfəslik kimi simptomlarla özünü büruzə verir. Açıq Ürək Əməliyyatı, böyük kəsi (Sternotomi) və Qoltuqaltından Qapalı Aorta Qapağı Əvəzedilməsi və ya Təmiri (3 və ya 4 sm dəri kəsisi ilə) patologiyanın cərrahi müalicə üsullarıdır.