Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Varikozun profilaktikası üçün nə etməli?

Varikozun profilaktik tədbirlər görərək əmələ gəlməsinin qarşısını almaq, sonradan onu müalicə etməkdən daha asandır.

Bu profilaktik tədbirlərə daha çox varikoza genetik meyilli olan insanlar diqqət yetiməlidirlər.

Profilaktik kompression corablar ayaqlarda damarların tonusunun saxlanılmasında böyük rol oynayır. Vacib şərtlərdən biri həkim tərəfindən ayaqların ölçülərini müəyyənləşdirdikdən sonra corabın alınmasıdır, əks halda bu şərtə əməl olunmazsa, bunun çox pis təsiri ola bilir.

Hamiləlik və doğuş da varikozdamarlarının inkişafı üçün risk faktorlarıdır. Hamiləlik zamanı ayaqlarda şişkinlik, yorğunluq və ağırlıq kimi şikayətlər olarsa, həkim-fleboloqla məsləhətləşmək lazımdır.

Varikozun profilaktikası üçün:
  • İsti vannalardan, hamamdan və saunadan istifadə etməyin
  • Bədən çəkisi azaldılmalı və saxlanılmalıdır (BMİ 30-dan az olmalıdır)
  • Oturarkən ayaqlarınızın şişməsinə imkan verməyin. Onları tez-tez hərəkət etdirin
  • Passiv həyat tərzi və oturaq işləri olan pasiyentlərin mümkünsə iş şəraitini dəyişdirməsi
  • Terapevtik gimnastika ayaqlarda varikozun qarşısının alınmasının əsas tədbirlərindən biridir
  • Rahat ayaqqabı seçməlisiniz. Ayaqqabının altı düz formada olmamalıdır. Hündürlüyü 3-4 sm və geniş olmalıdır
  • Gün ərzində bir neçə dəfə olmaqla, uzadılmış səkildə olan ayaqlarınızın altına balış və ya mütəkkə qoymaqla istirahət edin