Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Varikoz xəstələrinin nəzərinə!

Varikozdan əziyyət çəkən şəxslərin bir neçə mövzuda həssas olmaları lazımdır. Bu məqamlara birlikdə aydınlaşdıraq:
  • Varikozu olan şəxslərə isti hava, isti prosedurlar (sauna) çox zərərlidir. İstilik venaları genişləndirir. Bu isə şiddətli ağrılara səbəb olur.
  • Yetərli su istehlakına diqqət edin. Su orqanizminizi daha sərin saxlayacaq və qanın fəaliyyətini nizamlayacaq. Az maye qatılaşmış qan deməkdir. Bu da laxtalanma meydana gətirəcək.
  • Oturaqlı vəziyyətdə çox qalmayın. 30 dəqiqədən bir evin içində belə olsa yürüyüşlər edin. Üzmə və yerimə kimi məşqlər davamlı edildikdə baldır əzələlərinizin fəaliyyətini bərpa edəcək.
  • Narahat ayaqqabı və dikdabanlardan uzaq gəzin. Mümkün qədər düz və ortopedik ayaqqabılar geyinin.
  • Antivarikoz (sıxılma) corablar geyinin. İstifadə etməzdən əvvəl həkiminizdən məsləhət alın.
  • Gün altında qaralma ayaqlarınıza zərərli olacaqdır.
  • Ayaqlarınızı yuxarıda saxlayın. Oturduğunuz zaman yerin cazibə qüvvəsi varikoza mənfi təsir edir. Ağrılardan qurtulmaq üçün ayaqlarınızın altına hündür birşey də qoya bilərsiniz.
  • Düzgün qidalanın. Duz istehlakını minimuma endirin.