Varikozdan əziyyət çəkən şəxslərin bir neçə mövzuda həssas olmaları lazımdır. Bu məqamlara birlikdə aydınlaşdıraq:
- Varikozu olan şəxslərə isti hava, isti prosedurlar (sauna) çox zərərlidir. İstilik venaları genişləndirir. Bu isə şiddətli ağrılara səbəb olur.
- Yetərli su istehlakına diqqət edin. Su orqanizminizi daha sərin saxlayacaq və qanın fəaliyyətini nizamlayacaq. Az maye qatılaşmışqan deməkdir. Bu da laxtalanma meydana gətirəcək.
- Oturaqlı vəziyyətdə çox qalmayın. 30 dəqiqədən bir evin içində belə olsa yürüyüşlər edin. Üzmə və yerimə kimi məşqlər davamlı edildikdə baldırəzələlərinizin fəaliyyətini bərpa edəcək.
- Narahat ayaqqabı və dikdabanlardan uzaq gəzin. Mümkün qədər düz və ortobetik ayaqqabılar geyinin.
- Antivarikoz (sıxılma) corablar geyinin. İstifadə etməzdən əvvəl həkiminizdən məsləhət alın.
- Gün altında qaralma ayaqlarınıza zərərli olacaqdır.
- Ayaqlarınızı yuxarıda saxlayın. Oturduğunuz zaman yerin cazibə qüvvəsi varikoza mənfi təsir edir. Ağrılardan qurtulmaq üçün ayaqlarınızın altına hündür birşey də qoya bilərsiniz.
Düzgün qidalanın. Duz istehlakını minimuma endirin.