Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Ürək qapaq xəstəlikləri necə müalicə edilir?

Ürək qapaqları mədəciklərin girişində və çıxışında yerləşən və qanın bir istiqamətdə keçməsini təmin edən klapanlardır. Qapaqlarda baş verən patologiyalar 2️ qrupa ayrılır: çatışmazlıq və daralma. Bəzən eyni qapaqda həm daralma həm də çatışmazlıq ola bilir.

Müalicədə bərpa əsas tədbirdir və bu məqsədlə valvuloplastika, annuloplastika, kommisurotomiya, mexaniki və ya bioloji qapaqlarla əvəzetmə həyata keçirilə bilər. Müalicə üsulunun seçimində xəstəliyin gedişi və xarakteri nəzərə alınır. Kəskin və ağır dərəcəli qüsurlarda əməliyyat ilk seçimdir.

Ürək qapaq xəstəliklərinin müalicəsi zamanı ilk öncə qapağı təmir etməyə çalışırıq. Əgər bu mümkün deyilsə, qapaqcıq sökülərək yerinə protezqapaq yerləşdirilir.

Protez qapaqlar mexaniki və bioloji olaraq iki yerə bölünür:
  • Mexaniki qapaqlar uzun ömürlüdür və taxıldıqdan sonra ömür boyu laxtalanmanın qarşısı almaq üçün dərman qəbul edilir.
  • Bioloji qapaqların isə ortalama ömürləri 8-15 ildir və tıxanma, laxtalanmanın qarşısını almaq üçün dərman qəbuluna ehtiyac yoxdur.