Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Ürək xəstəlikləri yalnız yaşlıların xəstəliyi deyil!

Ürək xəstəlikləri hər keçən gün artmaqda bərabər həm də cavanlaşır. Əgər əvvəllər ürək-damar xəstəliyi üçün qorxulu yaş həddi 55-60 arası idisə, indi bu rəqəm xeyli aşağı düşüb.

Ürək xəstəliklərindən əziyyət çəkənlərin sayının çoxalmasını və cavanlaşmasını sosial faktorlarla, ətraf mühit, ekoloji amillər və son illər artan psixo-emosional gərginliklə birbaşa əlaqəli olduğunu düşünülür. Genetik faktor da xüsusi yol oynayır.

Artıq çəki, abdominal piylənmə və yol açdığı metabolik dəyişikliklər, xolestrol yüksəkliyi, yüksək təzyiq, şəkərli diabet ürək-damar sistemi xəstəlikləri və infarkt riskini artırır. Xüsusilə də qadınlarda menopauzadan (klimaks) sonra bu risk daha da yüksəlir.

Aparılan araşdırmalardan belə nəticəyə gəlinib ki, qadınlarda damar sərtliyinə (ateroskleroz) aid dəyişmələr 30 yaşlarında başlayır və risk qrupundakı şəxslərdə erkən infarkta yol açır.