Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Ürək müayinəsi nə üçün önəmlidir?

Ürək problemlərini dərhal hiss etmək o qədər də asan deyil. Bu səbəbdən ürəyinizi mütəmadi yoxlatdırmaq tövsiyədir!

Xüsusəndə Sinədə narahatlıq, Ürəkbulanma, qıcqırma, mədə pozulması və həmin nahiyədə ağrı, Başgicəllənməsi, Boğaz və ya çənədə ağrı, Soyuq tər, Yorğunluq, Xorultu, Ara verməyən öskürək, Ayaqların şişməsi, Aritmiya kimi əlamətlər varsa, ürək müayinəsi mütləqdir.

Kardiologiya və kardiocərrahiyyə erkən diaqnoz və erkən müalicə mərhələsi, ürək xəstəliyi səbəbiylə ölümü minimum səviyyəyə qədər endirir

Ürəyin ultrasəs müayinəsini (exokardioqrafiya) aparmaq üçün əsas göstərişlər aşağadakılardır:
  • Ürəkdə hər hansı bir küy eşidilərsə
  • Qan təzyiqinin yuxarı və ya aşağı olarsa
  • Adi kardioqramma zamanı dəyişiklk tapılarsa
  • Keçirilən ürək əməliyyatlarından sonrakı nəzarət məqsədi ilə
  • Xəstələrdə ürək nahiyyəsində ağrılar, tənginəfəslik olduğu zaman
  • Miokard infarktına şübhə olduqda habelə infarktı keçirmiş xəstələr
  • Anadangəlmə və ya sonradan qazanılma ürək qüsurlarına şübhə olduqda