Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Ürək çatışmamazlığı zamanı nə baş verir?

Ürək çatışmazlığı zamanı simpatik sinir sisteminin aktivləşməsi, baroreseptorların zəifləməsi, neyrohumoral dəyişikliklər baş verir.

Bu özünü aşağıdakı simtomlarla göstərir:
  • ödəmlər
  • təngnəfəslik
  • yorğunluq hissi
  • durğunluq xırıltıları
  • fiziki yükə qarşı zəiflik

Bu zaman xəstələr fiziki yükə qarşı son dərəcə dözümsüz olurlar. Xəstəlik orqanizmdə mayenin ləngiməsi və ömrün qısalması ilə xarakterizə olunur.

Ürək çatışmazlığının əsas səbəbləri aşağıdakılardır :
  • anemiyalar
  • ürəyin travması
  • triotoksikürək
  • ağır aritmiyalar
  • ürəyin tamponadası
  • kəskin miokard infarktı
  • sol mədəciyin zədələnməsi
  • papillyar əzələlərin cırılması
  • bradikardiyanın qəfləti inkişafı
  • mədəcik daxili çəpərin çırılması
  • paroksizmal mədəcik taxikardiyası
  • ağciyər arteriyasının tromboemboliyası