Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Aşağı ətraflarda tor damarlar. Nə etməli?

“Tor damarlar” genişlənmiş kapilyarlardır. Adi halda kapilyarlar dəri səthində görünmür. Lakin bu tor damarlar dərinin bəzi xüsusiyyətləri səbəbindən gözlə görünür. Hətta daha nazik dəri sahiblərində bu kapilyarları aydın görmək mümkündür.

Tipik olaraq, hamilə qadınlarda və doğuşdan sonra “tordamarlar”ın olması xarakterikdir. Bu baxımdan kapilyarların genişlənməsi hamiləlik zamanı baş verir, buna da səbəb hormonlar və artan yük təsirinə bağlıdır. Digər əsas amil irsi amildir. Əksər hallarda, pasientə əziyyət verən varis valideynlərdə olduğu halda irsi ötürülə bilər.

Bəs nə etməli?

Tor damarları aradan qaldırmaq üçün sadəcə bir neçə skleroterapiya prosedurunun keçirilməsi kifayətdir. Skleroterapiya ağrısız və təhlükəsiz olaraq kapilyarların aradan qaldırılması üçün imkan yaradır. Fəaliyyət göstərən damarların boşluğuna dərman inyeksiya edilməsi sağlamlıq üçün zərərsizdir.

“Tor damarlar”ın inkişafının qarşısını almaq üçün pəhriz saxlamaq və sağlam-aktiv həyat tərzi yaşamaq lazımdır.