Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Stress fonunda yaranan Ürək xəstəlikləri

Son illər insanlarda ürək, qan-damar sistemi problemləri çoxalıb. Xüsusilə ürək dayanma, qəfil infarkt halları intensivləşib.

Müasir insanın həyatının ayrılmaz hissəsinə çevrilən əsəb və gərginliyin ürək, qan-damar sisteminə təsiri danılmazdır.

Qısacası Stress ürək xəstəliklərinin yaranma səbəblərindən biridir.

  • Stress-beyində amiqdala adlanan hissənin yüksək aktivliyi nəticəsində ortaya çıxır. Bu da özlüyündə insanlarda ürək xəstəlikləri və insult riskini artırır.
  • Kişilər stressə daha meylli olurlar, siqaret çəkməyi sevdiklərindən kişilərdə testosteron hormonu çoxalır ki, bu da ürək, qan-damar sisteminə ziyandır.
  • Qadınlarda isə bu hormon əksinə, qan-damar xəstəliklərinin qarşısını alır. Qadınlarda klimaks dövründə estrogen maddəsi azaldıqca ürək xəstəlikləri başlayır.

Fiziki aktivlik stressin ürəyə olan təsirini azaldır.

Kifayət qədər yuxu və istirahət də ürəyin sağlamlığı üçün çox vacibdir.

Ürəyin sağlamlığını qorumaq istəyən insan özünü stresdən, həyacandan qorumalıdır.