Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Dərin nəfəs alarkən sinədə ağrı varsa...

Dərindən nəfəs alarkən sinədə yaranan ağrı əsasən qabırğalar, onurğa, diafraqmanın travma alması ilə əlaqəlidir.

Əgər travma almamısınızsa, yaranan bu ağrı aşağıdakı səbəblərdən ola bilər:
  • perikardit
  • nevralgiya əlamətləri
  • mədə-bağırsaq traktının nasazıqları
  • bronxopulmoner sistemin xəstəlikləri
Əksərən dərin nəfəs alma ilə yaranan sinə ağrısı aşağıdakı xəstəliklərin əlamətləri olur:
  • plevrit
  • pnevmotoraks
  • diafraqma absesi
  • ağciyər emboliyası
  • interkostal nevralgiya
  • mastopatiya (qadınlarda)

Dərindən nəfəs alarkən sinədə yaranan ağrı adətən miokard infarktı ilə əlaqəli olmur.

Ürəklə əlaqəli olan sinə ağrısı bəzi xüsusiyyətləri ilə seçilir. Əsasən bu ağrılar infarktdan öncə yaşanır. Belə hallarda ağrı sinənin ortasında hiss olunur və boyuna, eləcə də sol qola, çiyinə yayılır.