Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Sağlam ürək naminə

Ürək-damar xəstəliyinin ortaya çıxmasını önləməklə xəstə üçün əldə etdiyimiz fayda xəstəlik ortaya çıxdıqdan sonra onu müalicə etməklə əldə etdiyimiz faydadan daha yüksəkdir. Qısacası, xəstəlikdən qorunmaq xəstəlik ortaya çıxdıqdan sonra onu müalicə etməkdən daha önəmli və asandır.

  • Düzgün şəkildə qidalanmaqla, mütəmadi olaraq idmanla məşğul olmaqla və tütün məmulatlarından uzaq durmaqla ürək-damar xəstəliyinə tutulma ehtimalını 80 faiz azaltmaq olar.
  • Siqareti tərgidin. Siqaret çəkmək ürək xəstəlikləri riskini iki dəfə artırır.
  • Xolesterin ürək-damar sisteminin sağlamlığı üçün vacib rol oynayır və bir çox xəstəliklərinin səbəbidir. Xolesterin səviyyəsini azaltmaq üçün qida rasionunu düzgün qurmaq lazımdır.
  • Qanda şəkər dərəcəsini normada saxlamaqla orqanizmi şəkərdən və ürək xəstəliklərindən qorumaq olar.
  • Arterial təzyiqə nəzarət etmək lazımdır. Təzyiq ürək sisteminin vəziyyətini çox yaxşı əks etdirir.
  • Optimal fizikiaktivlik dərəcəsi həftədə 2.5 saatdan az olmamalıdır.
  • Duz qəbuluna diqqət yetirin. Duz üçün bizim günlük ihtiyacımız 6 gram və siz bunu bir hissəsini çörəklə qəbul edirsiniz. Çox çörək yeməklə eyni zamanda günlük qəbul olunan duz miqdarıda artır. Eyni zamanda hazır yeməklərin hamısında duz var. Unutmayın çoxlu duz qəbulu, qan təziqinin yüksəlməsinə səbəb olan ən başlıca amildir.
  • Qida rasionuna çərəzlər, tərəvəzvə toxumlar əlavə etmək lazımdır.
  • Həddindən artıq alkoqol qəbulu tək ürək-damar xəstəlikləri deyil, eyni zamanda digər ciddi xəstəliklərin yaranmasına səbəb olur.