Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Qəfləti ürək ölümü

Qəfləti ölüm bir çox xəstəliklərdə olur – insult, tromboemboliyalar, iri damarların cırılması və s., lakin bunlar içərisində qəfləti ürək ölümü 70 % təşkil edir.

Dramatik bir vəziyyət olan Qəfləti ürək ölümü bir neçə saat hətta dəqiqələr içərisində baş verir. İnsan ölümündən öncə kəskin zəiflik, hava çatışmazlığı hiss edir, qan təzyiqi kəskin enir, huş itir, dəri mərmər görünüş alır, pişik gözü simptomu yaranır, magistral damarlarda nəbz izlənilmir.

Qəfləti ürək ölümü kimlərdə rastlana bilər?
  • Davamlı stress halında olmaq
  • Xroniki ürək çatışmazlığının olması
  • Ürəyin böyüməsilə gedən ürək əzələsinin xəstəlikləri
  • Ürək ritmini pozan bəzi dərmanların nəzarətsiz istifadəsi