Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Nə üçün varikozun müalicəsi mütləqdir?

Ayaqlarda şişkinlik, ağırlıq və ağrı, qıcolmalar, daha sonralar isə - aşağı ətraflarda çətin sağalan yaralar və hətta xoralar, - bunlar aşağı ətraf venalarının varikoz xəstəliyinin simptomlarıdır. Varikoz xəstəliyi getdikcə "cavanlaşır". Artıq indi xəstələrin demək olar ki, yarısı 30–35 yaşlı insanlardır.

Varikoz özlüyündə ümumi anlayış olsa da, onun müxtəlif formaları ayırd edilir. Bəzi insanlarda kapilyar, digərlərində isə damargenişlənməsinə rast gəlinir.

Kapilyarların müalicəsi daha çox estetik xarakter daşıyır və insanların istəyinə bağlı olur.

Damarların genişlənməsi isə əksinə, müalicə olunmadıqda bir sıra fəsadlara yol aça bilir.

İstənilən halda unutmayın ki, varikozgenişlənmiş damarlar müalicəsiz qalarsa, Amputasiya riski var!

Damarçatışmazlığının ağırlaşmış mərhələlərində ayaqlarda venoz yaralar yarana bilər. İnfeksiyalı yaraların müalicəsi gecikərsə və yaxud müalicə edilməzsə, xəstələrdə proses irəliləyər. Nəticədə ayaq müxtəlif hissəsindən kəsilə bilər!

Həmçinin zədələnmiş damar, trofikyaralar, ağciyərarteriyasının tromboembolizmi və s. fəsadları vardır. Bu fəsadların müalicə edilməsi son dərəcə çətindir. Bu baxımdan, aşağı ətraf varikoz genişlənmiş damarlarının müalicəsi təxirə salınmamalıdır.

Varikozdan xilas olmaq üçün, erkən diaqnozun mühüm əhəmiyyəti vardır. Varikozun müalicəsini gecikdirməyin!