Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Mitral-trikuspidal qüsur nədir?

Mitral-trikuspidal qüsur – sol və sağ qulaqcıq-mədəcik qapaqlarının zədələnməsi ilə səciyyələnən müştərək ürəkqüsurudur.

Qulaqcıq-mədəcik qapaqlarının üzvi zədələnməsinin başlıca səbəblərinə revmatizm (90% hallarda), uzunmüddətli bakterial endokardit, skarlatina, qapaqların zədələnməsi aiddir.

Patologiyanın klinik şəklində mitral qapaq zədələnməsinin əlamətləri:
  • təngnəfəslik
  • taxikardiya
  • öskürək, qanhayxırma
  • «mitral qızartı»
  • döşq əfəsində ağrı
  • fizikiyüklənməyə qarşı tolerantlığın azalması

Ürəkastması və ağciyərödeminin gecə tutmalarının inkişafı mümkündür. Gecikmiş mərhələlərdə isə hepatomeqaliya və assitlə xarakterizə olunur.

Mitral-trikuspidal qüsurun radikal müalicə üsulu kardiocərrahi müdaxilədir (komissurotomiya, qapaqların plastikası, protezlənməsi).