Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Mitral qapaq çatışmazlığı riski daşıyanlar!

Mitral qapaq çatışmazlığı və ya mitral çatışmazlıq - anadangəlmə və əsasən qazanılma ürək qüsuru olub, ikitaylı qapaqların iltihabi prosseslərlə: revmatizma, sistemli qırmızıqurdeşənəyi, sistemli sklerodermiya, arterit və s.-lərlə zədələnməsi ilə meydana çıxmış olur.

Xüsusilə də Revmatizmalı xəstələr risk altındadır.
Mitral qapaq çatışmazlığı uşaq, yeniyetmə və gənclərdə daha çox diaqnoz olunan ürək qüsurudur.

Mitral qapaq, ağciyərlərdən gələn təmiz qanın ürək qasılması əsnasında ağciyərlərə geri qayıtmasının qarşısını alarkən, mitralqapaq çatışmazlığında isə təmiz qan ağciyərlərə geri qayıdır.

Mitral qapaq çatışmazlığı üçün ən ideal müalicə üsulu – Qapaq təmiridir.
Qoltuqaltı əməliyyatı Mitral Təmir hallarında tətbiq edilə bilər. Mitral QapaqTəmiri, sağ sinə altından təxminən 4-5 sm-lik bir kəsi ilə, endoskopik olaraq həyata keçirilir.