Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Lazer ablasiya ilə damar müalicəsinin üstünlükləri

Artıq Varikoz genişlənmiş iri damarlardan asanlıqla qurtula və dərhal normal həyatınıza davam edə bilərsiniz!

Varikoz damar əməliyyatları içərisində ən müasir və təhlükəsiz üsul minimal invaziv metod olan Lazer Ablasiya üsuludur.

Endovenoz Ablasiya (Lazer/Radyofrekans) zamanı lazerin istilik enerjisi genişlənmiş damar divarlarının bir-birinə yapışmasını təmin edir. Nəticədə varikoz vena asanlıqla aradan qalxır.

Lazer Ablasiya müalicəsinin üstünlükləri:
  • Minimal invaziv və təhlükəsiz müalicə metodudur
  • Dəridə yara izləri, görünən qüsurlar olmur (prosedur kiçik punksiya ilə həyata keçirilir)
  • Endovasal Lazer Ablasiya müalicəsindən dərhal sonra pasiyent xəstəxanadan çıxa bilir
  • Ümumi anesteziya tələb etmir, pasiyent əməliyyat zamanı şüurludur; prosedur ağrısızdır
  • Lazer Radiyasiyası yalnız patoloji damara təsir göstərir, ətrafdakı toxumalara və bütün bədənə təsir etmir