Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Hansı hallarda pasiyentdə Koronar Angiografiya tətbiq olunur?

Anjio kimi tanıdığımız Angioqrafiya metodu damarlarda olan trombları, aterosklerozu, daralma, tıxanma və qan axınındakı bu kimi problemləri araşdırmağa və qüsursuz bir şəkildə təsvir etməyə imkan verən müayinə növüdür.

Bəs hansı hallarda, pasiyentlərimizdə Koronar Anqioqrafiya tətbiq edirik?
  • Ürək qapaq xəstəliyi varsa
  • Ürək miokard infartk keçirdəndə
  • EFOR testi müsbət nəticə verəndə
  • Pasiyent sinədə şiddətli ağrı hiss edəndə
  • EKO zamanı ürəkdə yığılma olan pasientlərdə
  • 40 yaşdan yuxarı olan pasientlərdə ciddi əməliyyat öncəsi
  • Stent taxılmış, Bypass olan pasientlərdə müayinə məqsədi ilə
  • Ürək əməliyyatı istisna, şəkər xəstələrində ciddi əməliyyat öncəsi
  • TALİUM müayinəsi zamanı koronar arteriya xəstəliyinin ehtimalı görüləndə

Əgər müayinədə ciddi pozulmalar aşkar olunarsa, damarların normal keçiriciyini bərpa etmək üçün angiorqafiya zamanı damara stent yerləşdirilə bilər.