Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Kardioreabilitasiya nə zaman aparılır?

Kardioloji bərpa olaraq bilinən KARDİOREABİLİTASİYA - ürək damarlarına stent qoyulduqdan və ya ürək damarlarının şuntlamasından sonrakı dövrdə, ürəyin fərqli xəstəlikləri zamanı yaranan funksional problemləri fiziki hərəkətlər və həyat tərzinin tənzimləməsi yolu ilə aradan qaldıran müalicə proqramıdır.

Kardioreabilitasiyanın məqsədi keçirilmiş ürək xəstəliyindən və ya ürək cərrahi müdaxiləsindən sonra sağlamlığın bərpasından ibarət olan, pasiyentin fərdi xüsusiyyətlərinə əsaslanan tapşırıqlardan, tədbirlərdən və təlimdən ibarət olan bir proqramdır.

Əgər aşağıda qeyd edilmiş xəstəliklərdən əziyyət çəkirsinizsə, o zaman, kardiolojireablitasiya ən effektiv seçimdir.

  • Miokarditlər
  • Stenokardiya
  • Miokard infarktı
  • Ürək çatışmazlığı
  • Ürək köçürülməsi
  • Kardiomiopatiyalar
  • Angioplastika və ya stent qoyma
  • Ürək damarlarına stent qoyulması
  • Aorta koronar şuntlama əməliyyatı
  • Bəzi anadangəlmə ürək xəstəlikləri
  • Ürək qapaqlarının dəyişdirilməsi üzrə əməliyyat