Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

İnfeksion endokardit zamanı cərrahi müdaxilə

Daha çox mitral və aorta qapağında görülən infektiv endokardit daxili ürək səthi olan endokardın və ona bitişik damarların, habelə ürək klapanlarının infeksiyası və ya iltihabıdır.

Şikayətlər:
  • hərarət, tərləmə
  • bədən çəkisin azalması
  • sinədə ağrı, taxikardiya
  • ümumi zəiflik, yorğunluq
  • quru dəri və retinaya qanaxma

Müalicə antibiotik terapiyasından və mexanik ağırlaşmalar zamanı cərrahi müdaxilədən ibarətdir.

İnfektiv endokarditin cərrahi müalicəsi qapağın təmiri və ya dəyişdirilməsindən ibarətdir. Qapaq dəyişimi döş sümüyü açılmadan kiçik kəsik ilə icra olunur.

Ürək çatışmazlığı yaradan və ölümlə nəticələnə bilən infektiv endokarditdən əziyyət çəkən aşağıdakı pasiyentlərdə müalicə effektiv deyil və mütləq əməliyyat olunmalıdırlar:

  • Emboliya riski olan xəstələr
  • Nəzarətsiz infeksiyası olan xəstələr (daimi infeksiya, təkrarlanan qapaq endokarditi, abses, anevrizma, fistula)
  • Ürək çatışmazlığı olan xəstələr (xüsusilə protez, aorta və ya mitral yerli qapağı endokardit xəstələri və ağciyər ödemi yaxud kardiogen şoku olan xəstələr)