Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

İnfarkt zamanı nə etməli?

Ürək infarktının ən çox rastlaşdığımız əlaməti sol qola doğru yayılan sinə ağrısıdır. İnfarkt zamanı əgər erkən müdaxilə olunmazsa, oksigensiz qalan ürək əzələsinin həmin hissəsi bir daha çalışmaz vəziyyətə düşür.

İnfarkt zamanı sakit bir şəkildə panikaya düşmədən və çox hərəkət etmədən təcili yardım çağırmaq, yaxınlıqdakılara xəbər vermək lazımdır. Rahat bir yerdə arxası üstə, amma bədənin yuxarı hissəsi hündürdə olmaqla uzanın və mümkünsə ayaqları qaldırmaq lazımdır.

Unutmayın ki, qeyri tibbi müdaxilələr və çox hərəkət yolverilməzdir. Ən idealı sakit vəziyyətdə təcili yardımı gözləməkdir. Hər dəqiqə sizin üçün önəmlidir və sizi anjioqrafiya otağı olan xəstəxanaya yerləşdirməlidirlər.

İnfarkt zamanı ilk iki saat çox önəmlidir!

Təcili yardımı gözləyərkən bilinməyən dərman vasitələri qəbul etmək olmaz. Sadəcə aspirin içə bilərsiniz.