Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Yaşlıların ən böyük iflic səbəbi atrial fibrilasyon (AF)

Atrial Fibrilasyon (AF) ən çox görülən ürək aritmiyasıdır. AF-da qeyri müntəzəm atışlar ürəyin sürətini artırır. Ürəyin belə məqsədsiz sürətli işləməsi pompa funksiyasını poza bilər.

Atrialfibrilasyon (AF) yaşlılardakı ən böyük iflic səbəblərindən biridir.

Görülmə nisbəti 0,4%-dir, lakin yetkinik yaşına çatanların 3-4%-ində görülür. AF xəstələrinin 70%-i 65-85 yaşları arasındadır.

  • Müalicədə dərmanlar, kateter əsaslı proseduralar və cərrahiyyə daxil olmaqla bir çox variant mövcuddur.
  • Müalicə tətbiq edilmədikdə isə, ürək böyüməsi, ürəkçatışmazlığı və ritm pozulmasının ən qorxulu nəticəsi olan beyində laxta yaranmasından qaynaqlanan iflicə gətirib çıxara bilər.
AF-nin cərrahi yolla müalicə metodları:
  • lazer
  • mikrodalğa
  • radyofrekans
  • ultrasəs və ya kriyoterapi (dondurma)

Minimal invaziv metodlarla ürək əməliyyatı planlanan xəstələrdə eyni zamanda cərrahi ablasiya proseduru da icra olunur.