Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Diqqət! Ürək xəstəlikləri əlamətsiz ola bilər!

Şikayətinizin olmamağı ürəyinizdə problem olmadığı mənasına gəlməz!

Heç bir şikayətiniz olmasa belə ürəyinizde problem ola bilər. Damar xəstəlikləri ümumən heç əlamət göstərir. Damarlardakı problemlər, daralmalar müəyyən bir səviyyəyə çatmadıqca əlamət göstərməz. Daralma dərəcəsi artdıqca xəstədə ilkin əlamətlər özünü göstərməyə başlayar.

Əlamət göstərməyən xəstələr əsasən diabet xəstələridir. Çünki şəkərli diabet paralel olaraq sinir uclarını zədələyir. Ürək xəstəliyiniz və bərabərində diabetiniz varsa, heç bir əlamət göstərmədən infarkt keçirə bilərsiniz.

Genetikanızda ürək xəstəlikləri, şəkərli diabet, yüksək təzyiq kimi xəstəliklər varsa, üstəlik siqaret çəkirsinizsə, mütəmadi olaraq ürək müayinələrindən keçməkdə fayda var.