Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Damar sağlamlığı üçün su qəbulunun önəmi

Bütün bədənimiz və xüsusilə də damarlarımız üçün təmiz su qəbulu əvəzolunmaz dərmandır.

Ümumiyyətlə insan yaşlaşdıqca damarların sağlamlığı pozulur. Damarlar elastikliyini itirir, daha kövrək olur, partlamaya meylli olur, damarların daxilində xolesterin yığılır ki, nəticədə damarlar daralır və bəzən hətta tam qapanır.

Damar sağlamlığı üçün çay, qəhvə və şirniyyata çox meyl etməyin, mütləq gündəlik su normanızı (1 kq çəkiyə - 30 ml su) qəbul edin. Çünki çay və qəhvə kimi içkilər, eyni zamanda sidik qovucu təsiri göstərərək bədəndəki maye itkisini artırırlar. Qazlı su istifadəsinə də diqqət etməliyik, çox istifadə etmək qan təzyiqini yüksəldə bilər və ürək çatışmazlığının əlamətlərinin ortaya çıxmasına və ya ağırlaşmasına gətirib çıxara bilər.

Yaşadığı iqlim, çəki, sağlamlıq vəziyyəti və digər təsir edici amilləri də nəzərə alaraq ortalama normanızda mütləq su için. Ən idealı susamağı gözləmədən gün ərzində hər saatdan bir 1 stəkan su içməkdir.