Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Damarların qorunmasında sağlam qidalanmanın önəmi

Sağlam qidalanma damar sağlamlığı ilə birbaşa bağlıdır!

Qidalarımızın keyfiyyətsizliyi ürək-damar xəstəliklərinin yaranmasında ən önəmli səbəbdir. Bəzi qida maddələri damarlarda xolesterin və trombları əritmək üçün effektivdir.

Belə ki, qidalanmada doymuş yağ qəbulunu məhdudlaşdırmaq və qidalanmaya diqqət etmək məsləhətdir. Hazır qidalar adətən təhlükəli yağturşusu ehtiva edir. Daha çox zeytun yağı kimi keyfiyyətli yağlardan istifadə etmək məsləhətdir.

Mövsümə uyğun meyvə-tərəvəz qəbulu qan damarlarının funksiyasını yaxşılaşdırmaq üçün olduqca faydalıdır. Meyvə və tərəvəz çox, qırmızıət az yeyilməlidir. Süd və südməhsulları az yağlı olaraq qəbul edilməlidir. Rasionda balıq olması məsləhətdir. Siqaretdən imtina edilməlidir. Mütəmadi idman hərəkətləri ilə məşğul olmağınız tövsiyədir.