Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Atrial fibrilasyonun (AF) müalicə metodları

Atrial Fibrilasyon (AF) ən çox görülən ürək aritmiyasıdır.
Patologiya zamanı qeyri müntəzəm atışlar ürəyin sürətini artırır və AF-da ürək sürəti 100-150 vuruş/dəqiqə olur.

  • Atrial fibrilasyon (AF) yaşlılardakı ən böyük iflic səbəblərindən biridir.
  • Atrial fibrilasyon ürəyin pompalama qabiliyyətini azalda bilər.

Müalicənin məqsədi normal bir ürək ritmini bərpa etmək, qanın laxtalaşmasının qarşısını almaq və iflic riskini azaltmaqdır. Müalicədə dərmanlar, kateter əsaslı prosedurlar və cərrahiyyə daxil olmaqla bir çox variant mövcuddur.

Hazırda AF-nin cərrahi yolla müalicəsinin tətbiqində radyofrekans, mikrodalğa, lazer, ultrasəs və ya kriyoterapi (dondurma) yolu ilə ötürmə blokada xəttləri yaratmaq üçün nəzərdə tutulmuş yeni texnologiyalar mövcuddur.

Minimal invaziv metodlarla ürək əməliyyatı planlanan xəstələrdə eyni zamanda cərrahi ablasiya proseduru da icra olunur.

Kriyoablasyon, son illərdə tətbiq olunmağa başlanan köhnə üsullara nisbətən fəsadları daha az olan bu üsul ilə ürəkdəki problemli bölgənin 150 ilə 170 dərəcə arasında dondurulması əməliyyatına verilən addır.

Radiofrekans üsulunun prinsipi RF enerjisindən yaranan istiliyi istifadə edərək atrium endokardının müəyyən bölgələrində tam qat lezyonlar yaratmaqdır.