Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Aterosklerozun inkişaf faktorları

Müasir dövrdə geniş yayılmış və xroniki hal alan Ateroskleroz - ürək damar sistemi xəstəliklərinin əsas səbəbkarıdır. Patologiya zamanı arteriyaların divarında lipidlərin, kalsium duzlarının toplanması və birləşdirici toxumanın inkişafı ilə əlaqədar damarların sərtləşməsi baş verir. Arteriyanın divarı qalınlaşır, elastikliyini itirir. Bunun da nəticəsi olaraq orqanizmdə qandövranı pozulur.

Risk faktorları:
  • Siqaretçəkmə
  • Şəkərlidiabet
  • Qeyri-düzgün qidalanma
  • Böyük dozada alkoqol qəbulu
  • Uzun müddət davam edən psixoemosional gərginlik
  • Hiperlipidemiya (lipidin miqdarının normadan artıqlığı)

Müalicə nisbətən çətin olduğu üçün erkən müdaxilə edilməlidir. Ciddi pəhriz, xüsusi qida rasionu, eyni zamanda müvafiq dərman preparatları ilkin göstərişdir.