Dr. Cabir GÜLMALIYEV

Uzman Ürək-damar cərrahı

Aortit nədir?

Aortit aortanın iltihablandığı vəziyyətdir Bu iltihab tibbi yardım tələb edən ciddi bir xəstəlikdir.

Aorta iltihabı adətən viral və ya bakterial infeksiya nəticəsində baş verir. Ürək və ya arteriyaların zədələnməsi də aortitə səbəb ola bilər.

Aortitin simptomları əsas xəstəliyin (sifilis, revmatizm, vərəm, infeksionendokardit, revmatik qızdırma, sepsis və s.) əlamətləri fonunda inkişaf edir. Aortit ilk növbədə aortanın əsas şaxələrinin qidalandırdığı orqanların işemiya əlamətləri ilə təzahür edir.

  • Beynin işemiyası - başgicəllənmə, baş ağrıları, görmənin pozulması, bayılmalar
  • Ürək əzələsinin işemiyası – stenokardiya, miokard infarktı (çox zaman ağrısız); böyrəklərin işemiyası – arterial hipertenziya
  • Bağırsaqların işemiyası – müsariqə damarlarının xroniki okklüziyasının əlamətləri ilə müşayiət olunur.
Həmçinin
  • taxikardiya, təngnəfəslik
  • göy öskürəyəbənzər öskürək
  • qarın və beldə ağrı (qarın aortasinda) xarakterikdir
  • döş qəfəsində sıxıcı və ya yandırıcı xarakterli ağrılar
  • boyun, hər iki əl, kürək sümükləri arasına, epiqastral nahiyədə ağrıları